Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Azərbaycan Avropa Oyunlarında 13-cü medalını rəsmiləşdirdi

Azərbaycan Avropa Oyunlarında 13-cü medalını rəsmiləşdirdi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri keçirilir.

Azərbaycan yığmasının boksçusu Lorenso Sotomayor da növbəti döyüşünə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı kosovolu Patriot Behrami ilə qarşılaşıb.

Təmsilçimiz rəqibinə 5:0 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. L.Sotomayor bununla da özü üçün II Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib. Bununla da medallarımızın sayı faktiki olaraq 13-ə çatıb.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.

Qeyd edək ki, bu gün daha iki boksçumuz 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (-60 kq) və Alfonso Dominqes (-81 kq) yarımfinala vəsiqə və mükafatın təmin olunması üçün mübarizə aparacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …