Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / İdman / “Azərbaycanlı Messi” “Beşiktaş”a keçdi

“Azərbaycanlı Messi” “Beşiktaş”a keçdi

Azərbaycanlı futbolçu Nihat Əhmədzadə Türkiyənin “Beşiktaş” klubunda çıxış edəcək.

Oxu.Az Türkiyənin “Axşam” nəşrinə istinadən xəbər verir ki, bundan əvvəl o, “Sumqayıt”ın U-12 komandasında oynayıb, bu günlərdə isə İstanbul nəhənginin heyətinə qatılıb.

Vətənində onu “azərbaycanlı Messi” adlandırırlar. O, texnikalı futbolçudur və böyük ümidlər yaradır.

N.Əhmədzadə Bakıda “Mançester Yunayted” futbol məktəbində təhsil alıb və İngiltərəyə aparılan beş futbolçudan biri olub. Onun məşqçisi Sumqayıtın tanınmış məşqçilərindən olan Sabir Əliyevdir.

Həmçinin oxuyun

Ronaldinyo koronavirusa yoluxdu

Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo koronavirus infeksiyasına yoluxub. Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur …