Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / İdman / Azərbaycanlı idmançı iki erməni atletini qabaqlayaraq qızıl medal qazandı

Azərbaycanlı idmançı iki erməni atletini qabaqlayaraq qızıl medal qazandı

Rusiyanın paytaxtı Moskvada ağırlıqqaldırma üzrə keçirilən Avropa çempionatında azərbaycanlı idmançı Dadaş Dadaşbəyli kiçik qızıl medal qazanıb.

Oxu.Az-ın xəbərinə görə, 102 kq çəki dərəcəsində mübarizə aparan D.Dadaşbəyli A qrupunda birdənqaldırma hərəkətində uğurlu çıxış edib. O, ardıcıl üç ağırlığın öhdəsindən gələrək 170, 174 və 177 kq çəkini başı üzərinə qaldırıb.

Bu nəticə ilə qızıl medal qazanan Dadaş Ermənistan təmsilçiləri ikinci yeri tutan Samvel Qasparyanı və dördüncü olan Arsen Martirosyanı qabaqlayıb.

Qeyd edək ki, az sonra Dadaş Dadaşbəyli təkanla qaldırmada gücünü sınayacaq. 

Həmçinin oxuyun

Şəhriyardan növbəti qələbə

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin səkkizinci turunun oyunları keçirilib. Azərbaycan …