Ana səhifə / İdman / Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat aldı

Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat aldı

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev avrokuboklara növbəti təyinatını alıb.
Azinforum.az  xəbər verir ki, Xudiyev Avropa Liqasının II təsnifat mərhələsinin “Sutyeska” (Monteneqro) – “Alaşkert” (Ermənistan) oyununda hakimlərin işinə qiymət verəcək.
Oyunun baş hakimi isveçrəli Alen Byeri olacaq. Ona Yan Kobelivə Sertac Kurnazka yardım edəcək. Dördüncü hakim funksiyasını Urs Şnayder yerinə yetirəcək.
İyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki “Qradski” stadionunda keçiriləcək “Sutyeska” – “Alaşkert” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Həmçinin oxuyun

Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

UEFA Avropa Liqasının kubok turu – bütün Avropadan futbol azarkeşləri üçün turnirin bir parçası olmaq, …