Ana səhifə / İdman / Azərbaycanlı hakim Avroliqa oyununu idarə edəcək

Azərbaycanlı hakim Avroliqa oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb. 

Azinforum.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Həsənov Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək “Spartak” (Trnava, Slovakiya) – “Radnik Byelina” (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək. 

Onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. 

Həmçinin oxuyun

Güləşçilərimiz ilk qarşılaşmalarını uğurla başa vurdular

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (AGOF) çərçivəsində keçirilən güləş …