Bazar , Yanvar 24 2021
Ana səhifə / İdman / Azərbaycanlı futbolçuya 1 milyonluq təklif

Azərbaycanlı futbolçuya 1 milyonluq təklif

“Qafqazinfo” xəbər verir ki, Moskva klubu mövsümə uğurlu başlayan Azərbaycan əsilli futbolçunu transfer hədəfinə alıb. “Spartak” bu keçid üçün 1 milyon avroluq təklif göndərib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmiş Ayaz Quliyev yayda “Spartak”dan “Rostov”a 500 min avro qarşılığında keçmişdi. Onun müqaviləsi 2022-ci ilə kimidir.

 

Həmçinin oxuyun

Avropa futbol çempionatı bu il keçirilə bilər, amma…

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib ki, Tokio Yay Olimpiadası daha bir il təxirə …