Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İdman / Azərbaycanlı futbolçu vurduğu qolu əsgər salamı ilə qeyd edib

Azərbaycanlı futbolçu vurduğu qolu əsgər salamı ilə qeyd edib

“Neftçi” klubunun əvəzedici komandasının futbolçusu Əlibəy Məmmədli I Divizionun VII turunda “Zaqatala”ya vurduğu qolu əsgər salamı ilə qeyd edib.

“Report”un məlumatına görə, bu, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilmiş oyunun 63-cü dəqiqəsində baş verib.

Qeyd edək ki, qarşılaşma “Zaqatala”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində Albaniyanı məğlub etdikləri (1:0) və Fransa ilə heç-heçə yekunlaşan (1:1) matçda vurduqları qollardan sonra əsgər salamı veriblər. UEFA həmin məsələyə görə Türkiyə yığmasına qarşı intizam işi açıb.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …