Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / İdman / Azərbaycanlı futbolçu: “Temperaturum 37,5-dir, öskürəyim var”

Azərbaycanlı futbolçu: “Temperaturum 37,5-dir, öskürəyim var”

Ukrayna “Dinamo”sunun əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev gəzintidən sonra səhhətinin pis olmasından şikayətlənib.

“Report”un məlumatına görə, 35 yaşlı keçmiş yarımmüdafiəçi bununla bağlı “İnstagram” hesabından paylaşım edib.

Əliyev izləyicilərinə səslənərək onlardan nə etməli olduğunu soruşub: “Hamıya salam, nə edəcəyimi deyin. Temperatur 37,4 – 37,5-dir. Özümü yaxşı hiss edirəm, sadəcə öskürək var. Bu nədir: sadəcə xəstələndim, soyuq dəydi və ya nə? Təcili yardım çağırmağın mənası varmı? Bu gün gəzintiyə çıxmışam”.

Qeyd edək ki, Aleksandr Əliyev daha öncə koronavirus pandemiyasını “feyk” adlandırmışdı.

Həmçinin oxuyun

Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı

Azərbaycanın yeniyetmə güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 8 medal qazanıb.  Medallardan 1-i gümüş, …