Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / İdman / Azərbaycanlı futbolçu İrəvanda Ermənistan komandasına qarşı oynadı

Azərbaycanlı futbolçu İrəvanda Ermənistan komandasına qarşı oynadı

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu UEFA Konfrans Liqasının I təsnifat mərhələsində ilk görüşünü keçirib.
“Report”un məlumatına görə, komanda Ermənistanda “Ararat-Armenia”nın qonağı olub.

İrəvandakı görüş 1:1 hesabı ilə başa çatıb.
Vüsal İsgəndərli 59-cu dəqiqədə meydana çıxıb. 28 yaşlı yarımmüdafiəçi Gutis Paulauskası əvəzləyib.
Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması bir həftə sonra Albaniyada olacaq.

Həmçinin oxuyun

Millimiz UEFA Millətlər Liqasında qələbə qazanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.Komanda ikinci oyununda səfərdə Monteneqro …