Cümə axşamı , May 13 2021
Ana səhifə / İdman / Azərbaycanlı futbolçu 4 ildən sonra Latviya klubuna qayıtdı

Azərbaycanlı futbolçu 4 ildən sonra Latviya klubuna qayıtdı

“Səbail” klubunun futbolçusu Orxan Qurbanlı karyerasını ölkə xaricində davam etdirəcək. 

Belə ki, 24 yaşlı yarımmüdafiəçi Latviyanın “Dauqavpils” klubuna keçib. 
Qurbanlı mövsümün sonuna kimi icarə əsasında bu komandanın formasını geyinəcək. 
Qeyd edək ki, Orxan Qurbanlı 2016-cı ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin formasını geyinib. Həmin vaxt “Neftçi” klubuna məxsus olan yarımmüdafiəçi icarə əsasında “Dauqavpils”də oynayıb. 

Həmçinin oxuyun

Azərbaycan Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq – ilk dəfə

Lisenziya uğrunda keçirilən kişi badmintonçuların şəxsi yarışında milli komandamızın lideri Edi Reski Dviçayo qalib gələrək …