Ana səhifə / İdman / Azərbaycanlı dünya çempionunun yalanı üzə çıxdı: – Sparrinq görüşdə uduzubmuş

Azərbaycanlı dünya çempionunun yalanı üzə çıxdı: – Sparrinq görüşdə uduzubmuş

Xəbər verdiyimiz kimi, Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı keçirilir.

Oxu.Az-ın xəbərinə görə, bu yarışda 2013-cü ildə dünya çempionu olmuş Cavid Çələbiyevin iştirak etməməsi təəccüblə qarşılanmışdı.

Biz federasiya vasitəsilə dəqiqləşdirmişdik ki, 63,5 kq çəki dərəcəsində onun yerinə Malik Həsənovun aparılması səbəbsiz deyil. Belə ki, həmin idmançı sparrinq görüşündə həmkarına uduzub. Lakin 29 yaşlı Cavid saytımıza bir neçə gün əvvəlki açıqlamasında heç kimə uduzmadığını, sadəcə “para” kimi Maliklə döyüşdüyünü və yenə də özünü bir nömrə saydığını bildirmişdi.

Məsələ ilə bağlı Oxu.Az Cavid Çələbiyevin yalanını üzə çıxarıb. Videoda görünür ki, milli məşqçiləri hər iki idmançı üçün sparrinq döyüş keçirdir və burada Malik Həsənov qalib gəlir.

Həmin videonu təqdim edirik:

Həmçinin oxuyun

Messi: “Heç vaxt ən yaxşı futbolçu olduğumu deməmişəm”

PSJ-nin hücumçusu Lionel Messi “Qızıl top”a sahib olması barədə danışarkən heç vaxt dünyanın ən yaxşı …