Bazar ertəsi , Mart 27 2023
Ana səhifə / İdman / Azərbaycanlı boksçu İrəvanda erməni rəqibinə qalib gəlib

Azərbaycanlı boksçu İrəvanda erməni rəqibinə qalib gəlib

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Apasport.az saytının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız ilk qarşılaşmasında yerli Canik Sahakyanla üz-üzə gəlib.

Gərgin keçən döyüşdən Nəbiyev qalib ayrılıb. O, İrəvanda erməni rəqibini 3:2 (29:28, 28:29, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək, mərhələ adlayıb.

Qeyd edək ki, Elmir Nəbiyev Xorvatiyanın Poreç şəhərində keçirilən U-22-lər arasında son Avropa çempionatının yarımfinalında yığmamızın üzvü Ruslan Qədirovla qarşılaşıb və Azərbaycan boksçusu finala yüksəlib.

Həmçinin oxuyun

“Qalatasaray”ı Bakıda belə qarşıladılar – VİDEO

“Qarabağ”la keçiriləcək xeyriyyə matçı üçün Azərbaycana gələn “Qalatasaray” Bakıda böyük coşqu ilə qarşılanıb.Heydər Əliyev adına …