Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İdman / Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisindən tarixi nəticə

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisindən tarixi nəticə

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan üçün əlamətdar olub.

Virtualaz.org-un məlumatına görə, millimiz tarixində ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb.

1/8 finalda Tayvan, 1/4 finalda isə Avstraliya yığmalarına inamla qalib gələn cüdoçularımız yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Dramatik keçən görüşdə güclü rəqibini 4:3 hesabı ilə məğlub edən Azərbaycan komandası tarixində ilk dəfə olaraq finala çıxıb.

Həlledici qarşılaşmada Yaponiya cüdoçularına 1:4 hesabı ilə uduzan yeniyetmələrdən ibarət milli komandamız dünya birinciliyində II yeri tutub.


Həmçinin oxuyun

Qurban Qurbanov: “Çalışırıq, dekabra qədər rotasiyalarla formanı qoruyaq”

“Maraqlı oyun alındı. Xüsusən də, ikinci hissədə”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi …