Ana səhifə / İdman / Azərbaycanın üç güləşçisi Avropa çempionatında finala yüksəldi

Azərbaycanın üç güləşçisi Avropa çempionatında finala yüksəldi

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib.

Bunlar Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənovdur (79 kq). Əliyev finalda türkiyəli Selahəttin Kılıcsallayanla, Mustafayev eyni ölkənin güləşçisi Mustafa Kaya ilə üz-üzə gələcək. Həsənov isə Rusiya təmsilçisi Ahmed Hacımaqomedovla güləşəcək. 57 kq çəki dərəcəsindəki Mahir Əmiraslanov isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Onun rəqibi fransalı Zuheyir Əl Oraj olacaq.
Qeyd edək ki, final görüşləri sabah keçiriləcək. 
Avropa çempionatına aprelin 14-də yekun vurulacaq. Yarışa Azərbaycanın, ümumilikdə, 28 idmançısı qatılıb.

Həmçinin oxuyun

Maradona: “Tanrının əli” ilə ingilislərdən intiqam aldıq

Argentina yığmasının əfsanəvi forvardı Dieqo Maradona 1986-cı ildə futbol üzrə dünya çempionatında İngiltərə yığmasının qapısına …