Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / İdman / Azərbaycanın son 3 cüdoçusu Qran Pridə mübarizəyə başlayır

Azərbaycanın son 3 cüdoçusu Qran Pridə mübarizəyə başlayır

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə bu gün Azərbaycanın daha 3 təmsilçisi mübarizə aparacaq.

Yarışın sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaq.

Mehdiyev 1/16 finalda serbiyalı Nemanya Maydovla, Qasımov İspaniya təmsilçisi Nikoloz Şerazadişvili ilə, Kokauri isə sloveniyalı Vito Dragiçlə üz-üzə gələcək.

Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) gümüş medal qazanıb.

Həmçinin oxuyun

““Ferentsvaroş” “Lex” və “Sürix”dən güclüdür” – Qurban Qurbanov

“Çox gözəl şəhərə gəlmişik və əla stadion gördüm. Belə bir arenada yaxşı oyun göstərməliyik”. Bunu …