Bazar , Noyabr 29 2020
Ana səhifə / İdman / Azərbaycanın qadın güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün həmçinin 53, 57, 62 və 65 kq çəki dərəcələrində mübarizə aparan qadın güləşçilər mükafat uğrunda yarışır.

Yarımfinalda rəqibinə yenilən Alena Kolesnikin (57 kq) “bürünc” şansı davam edib. O, Avropa üçüncüsü olmaq üçün döşək üzərinə çıxıb. Belaruslu Zalina Sidakova üzərində 36 saniyəyə təmiz qələbə qazanan Kolesnik istəyinə nail olub.

Finala qədərki yolda 3 rəqibini məğlub edən Elis Manolova (65 kq) həlledici görüşə çıxacaq. Milliləşdirilmiş legioner finalda Finlandiyanı təmsil edən Petra Ollidən güclü olmağa çalışacaq.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …