Bazar , Oktyabr 25 2020
Ana səhifə / İdman / Azərbaycanın ikiqat dünya çempionu ən yaxşı model seçilib

Azərbaycanın ikiqat dünya çempionu ən yaxşı model seçilib

Azərbaycan idmançısı Milad Beiqi Harçeqani kişi taekvondoçular arasında ən yaxşı model seçilib.

Apasport.az saytının məlumatına görə, ikiqat dünya çempionu Çinin Uşi şəhərində keçirilmiş “Böyük dəbilqə” turnirindən sonra bu nominasiyanın qalibi adına layiq görülüb.

Olimpiya mükafatçımız mövsümün yekunu ilə bağlı baş tutan Qala gecədə mükafatlandırılıb.

Qeyd edək ki, Harçeqani (80 kq) “Böyük dəbilqə”də dördüncü yeri tutub. Yarışdakı digər təmsilçimiz Radik İsayev (+80 kq) ikinci dövrədə uduzub.

Həmçinin oxuyun

“Böyük dəbilqə”: Daha 6 cüdoçumuz mübarizəyə başlayır

Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin sonuncu yarış günündə Azərbaycanın daha 6 cüdoçusu mübarizəyə başlayır. Məmmədəli …