Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / İdman / Azərbaycanın iki güləşçisi finala çıxdı, biri erməni ilə qarşılaşacaq

Azərbaycanın iki güləşçisi finala çıxdı, biri erməni ilə qarşılaşacaq

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatının finalına yüksəlib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 48 kq-da çıxış edən Fəraim Mustafayev 1/4 finalda Oliver Qrauenə (Estoniya) 8:0, yarımfinalda isə Kazbek Tarkanova (Rusiya) 9:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. O, qızıl medal uğrunda türkiyəli Servet Angi ilə qarşılaşacaq.

55 kq-dakı Fərid Baxışlı isə ardıcıl olaraq, Yuhan Kristyuhan (Estoniya), Luka Musman (Almaniya), Konstantin Savçuk (Rusiya) və Saveliy Raşçinskini (Belarus) məğlub edərək finala adlayıb. Onun həlledici qarşılaşmadakı rəqibi Ermənistan təmsilçisi Armen Sukiasyan olacaq.

Həmçinin oxuyun

Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı

Azərbaycanın yeniyetmə güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 8 medal qazanıb.  Medallardan 1-i gümüş, …