Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İdman / Azərbaycanın iki güləşçisi dünya çempionu oldu

Azərbaycanın iki güləşçisi dünya çempionu oldu

Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.
Güləş Federasiyasından verilən məlumatına görə, 45 kiloqramda Turan Daşdəmirov və 60 kiloqramda Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib.92 kiloqramda mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub – 3:1.
Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kiloqram) mundialı gümüş medalla başa vurub.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …