Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İdman / Azərbaycanın 8 cüdoçusu mötəbər yarışda qızıl medal qazanıb

Azərbaycanın 8 cüdoçusu mötəbər yarışda qızıl medal qazanıb

“Sərhədçi” İdman Olimpiya Kompleksində Türk Şurası Universitet İdman Oyunları turnirinə start verilib.

“Report” xəbər verir ki, iki gün davam edəcək mötəbər yarışda Azərbaycan, Türkiyə və Qazaxıstan cüdoçuları medallar uğrunda mübarizə aparır.

Beynəlxalq turnirin ilk günündə bütün çəki dərəcələrində qalibərin adına aydınlıq gəlib.

Milli komandamızdan Kəramət Hüseynov (60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə (81 kq), Firudin Dadaşov (90 kq), Cəlil Şükürov +100 kq), Aişə Qurbanlı (48 kq), Günel Həsənli (78 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə ediblər.

Aprelin 8-də cüdoçular komanda yarışlarında qüvvələrini sınayacaqlar.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …