Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / İdman / “Azərbaycanı öz məmləkətimiz hesab edirik” – Fatih Terim

“Azərbaycanı öz məmləkətimiz hesab edirik” – Fatih Terim

Uzun illər sonra yenidən Bakıda olduğum üçün çox xoşbəxtəm. Azərbaycanın bizə olan sevgisindən şübhə etmirik.

Bunu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” klubunun qonağı olacaq Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim sentyabrın 16-da təşkil olunan mətbuat konfransında deyib.Mütəxəssis bildirib ki, “Qalatasaray” avrokuboklara öyrəncəli komandadır. İstənilən şərtlərdə sonadək mübarizə aparmaq istəyirik. Püşkatma zamanı Azərbaycan komandasına rəqib olduğumuz üçün çox sevindim. Azərbaycan çox sevdiyimiz və gözəl qonaq olduğumuz bir yerdir. Bizim üçün “Neftçi” ilə oyun çox önəmlidir. Hələ bəzi oyunçuların vəziyyəti bəlli deyil. Gərgin qrafikə bütün oyunçularımız hazır olmalıdır. Komandanın birinci və ikinci heyətlərinin vəhdətini təmin etmək istəyirəm. Meydana çıxan futbolçular üzərilərinə düşən vəzifənin öhdəsindən gəlməlidirlər.

“Aeroport və hoteldə böyük sevgi ilə qarşılandıq. Buna baxmayaraq meydana qələbə üçün çıxacağıq. Rəqibin iki matçı – Şimali Makedoniyanın “Şkupi” və “Səbail” ilə görüşlərini izlədim. “Neftçi” 3 mövsümdür eyni səviyyədə oynayan komandadır, Azərbaycanda 2 güclü klubdan biridir. Bu mövsüm hələ səfərdə oynamamaları maraqlıdır. Emin Mahmudov, Yusuf Laval, Tallison və Stiven Monrozun önəmli oyunçular olduqlarını bilirəm”, – deyə 67 yaşlı mütəxəssis əlavə edib.

Bildirib ki, “Avro-2020”də Türkiyə millisi iki matçını Bakı Olimpiya Stadionunda keçirəcək. Azərbaycanı öz məmləkətimiz kimi hesab edirik. Əvvəlki oyunlarımızı başqa stadionda keçirmişdik. Bakı Olimpiya Stadionunda ilk dəfə mübarizə aparacağıq. Ümid edirəm ki, Bakıda yaxşı nəticə qazanarıq. Azarkeşsiz oynamaq mənfi cəhətdir. Böyük komandaların üstünlüyü məhz azarkeşləridir. Azarkeş olmadıqda hər iki komanda bərabər şəraitdə olur.

“Qalatasaray”ın qapıçısı Fernando Musleranın ayağının qırılmasından təəssüfləndiyini bildirən baş məşqçi deyib: “Muslera bizim üçün bir qapıçıdan daha önəmlidir. Tezliklə yaşıl meydanlara dönməyə çalışır. Amma digər qapıçılarımıza da güvənirik. Musleranın karyerasını “Qalatasaray”da bitirəcəyini də düşünürəm. Bu qədər xidmət edib və etməkdə də davam edəcək”.

Türkiyəli mütəxəssis qeyd edib ki, “Qalatasaray” Azərbaycanda bir başqa cür sevilir. Azərbaycanda yoxlama görüşü keçirmək sözü verə bilərəm. Yetər ki, pandemiya bitsin. Bir deyil, bir neçə oyun üçün və ya təlim-məşq toplanışı üçün gələ bilərik. İnşallah, burada birlikdə bir neçə gözəl gün keçirərik. Sosial məsafəni də isti məsafəyə çevirərik.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” oyunu saat 20:00-da start götürəcək. Koronavirus pandemiyasına görə UEFA-nın qərarı ilə matç azarkeşsiz keçiriləcək. (AzərTAc)

Həmçinin oxuyun

“Qarabağ” rəsmisi: “UEFA-ya müraciət etməyəcəyik, biz “Molde” deyilik”

“Qarabağ” klubu Avropa Liqasının pley-off matçının neytral meydanda keçirilməsi üçün UEFA-ya müraciət etməyəcək. Bu barədə …