Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / İdman / Azərbaycanda oynayan ən bahalı futbolçular kimlərdir? – SİYAHI

Azərbaycanda oynayan ən bahalı futbolçular kimlərdir? – SİYAHI

Amaniyanın “Transfermarkt” portalı Topaz Premyer Liqada çıxış edən klubların heyətindəki futbolçuların son transfer qiymətlərini açıqlayıb.
Qol.az xəbər verir ki, TPL-in ən bahalı futbolçusu Filip Ozobiçdir. “Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisinin qiyməti 700 min avro artaraq 1,5 milyon avro olub.
İlk 10-luqda Ağda klubunun 7 futbolçusu yer alıb. Maksim Medvedev, Simeon Slavçev və Abdullah Zubir 1,2 milyon avro qiymətlə 2-4-cü yerləri bölüşürlər. Qara Qarayev, Bədavi Hüseynov və Mahir Mədətov isə 1 milyon avro qiymətləndirilir. Daha bir milyonluq futbolçu isə “Qəbələ”li Stiven-Cozef Monrozdur. O, 8-ci yerdə qərarlaşıb. Baqalı Dabo “(Neftçi”) 9-cu, Kiril Petrov (“Neftçi”) 10-cudur.

Həmçinin oxuyun

Yaponların əksəriyyəti Tokio Olimpiadasının ləğvini dəstəkləyir

Yaponların təxminən 86%-i hesab edir ki, koronavirus pandemiyasına görə bu yay Tokioda Olimpiya oyunlarını keçirmək …