Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İdman / Azərbaycanda futbolçu baş məşqçini döydü

Azərbaycanda futbolçu baş məşqçini döydü

Azərbaycan futbolunda daha bir şok olay yaşanıb. Gəncənin “Kəpəz” komandasının baş məşqçisi Etibar İbrahimov döyülüb.
Gəncədəki mənbələrdən sport7.az-a daxil olan məlumatda bildirilir ki, gənc çalışdırıcını “Kəpəz”in müdafiəçisi Şöhrət Quliyev vurub. Buna səbəb isə məşq zamanı çalışdırıcının Quliyevi ağır ifadələrlə təhqir etməsi olub. Məşqçinin söyüşlərindən sonra yumruqlar işə düşüb və İbrahimov Şöhrət Quliyev tərəfindən döyülüb.
Xəsarət alan çalışdırıcı xəstəxanaya müraciət etməyib. Hazırda söz-söhbətin böyüməməsi üçün müdafiəçi ilə baş məşqçinin münasibətlərinin qaydaya salınması üçün işlər aparılır.
Məlumat axşam saatlarında daxil olduğu üçün sayt “Kəpəz”in mətbuat xidmətindən məsələ ilə bağlı münasibət öyrənə bilməyib.

Həmçinin oxuyun

“Qalatasaray”dan Azərbaycana növbəti dəstək – FOTO

Türkiyənin “Qalatasaray” klubu Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara növbəti dəfə öz dəstəyini …