Cümə , Yanvar 22 2021
Ana səhifə / İdman / Azərbaycanda futbol oyunu duman səbəbindən təxirə salındı – FOTO

Azərbaycanda futbol oyunu duman səbəbindən təxirə salındı – FOTO

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən “Qəbələ” – “Zirə” matçı təxirə salınıb.

“Report” xəbər verir ki, buna Qəbələdəki havanın qatı dumanlı olması səbəb olub.

Görüşün baş hakimi Vüqar Həsənli 15 dəqiqəlik fasilə elan etdikdən sonra, daha 10 dəqiqə gözləyib. Lakin hava şəraiti matçın davam etdirilməsinə imkan verməyib. Görüş sabah saat 14:00-da qaldığı yerdən davam etdiriləcək.

Qeyd edək ki, 57-ci dəqiqədə dayandırılan oyunda hesab açılmayıb.

Həmçinin oxuyun

Həbib anasına görə peşəkar idmana qayıtmaq istəmədiyini bildirib

Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC prezidenti Deyna Uaytın onun idmana qayıtma ehtimalının olması barədə …