Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İdman / Azərbaycanda daha bir çempionat ləğv olunur

Azərbaycanda daha bir çempionat ləğv olunur

Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı vaxtından əvvəl yekunlaşa bilər.

Bu barədə Musavat.com-a federasiyanın İdman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib.

O bildirib ki, səbəb koronavirus pandemiyası ilə əlaqədar oyunların keçirildiyi “ABU Arena”nın uzun müddətdir bağlı olmasıdır. Əsgərov yekun qərarın karantin müddətinin bitəcəyi mayın 4-dən sonra qəbul ediləcəyini vurğulayıb.

Federasiya rəsmisinin sözlərinə görə, yarış erkən yekunlaşsa, “Azəryol” qadınlar, “Məhsul” isə kişilər arasında ölkə çempionu elan olunacaq. Çünki qadınların mübarizəsinin sonuna 3 tur qalmış “Azəryol” ən yaxın izləyicisi “Qarabağ”ı 6 xal qabaqlayır. “Azərsu” üçüncü, “İdman Akademiyası” dördüncü yerdədir. Kişilərin yarışında isə lider “Məhsul” sona 4 tur qalmış ən yaxın izləyicisi “Bakı”dan 4 xal öndədir. Bu iki komanda arasındakı ilk 3 dövrənin oyunlarında da “Məhsul” qalib gəlib. “Təhsil” üçüncü, U-18 dördüncüdür.

Əksər ölkələrdə çempionatların ləğv olunduğunu xatırladan Əsgərov Avropa kuboklarından yalnız Çempionlar Liqasının “4-lər finalı” formatında davam etdirilməsinin mümkünlüyünə diqqət çəkib. Lakin federasiya rəsmisi bu yarışın aqibətinə iyunda aydınlıq gələcəyini və ən yaxşı halda dekabrda baş tuta biləcəyini əlavə edib.

Qeyd edək ki, daha əvvəl basketbol üzrə Azərbaycan Super Liqası dayandırılıb və “Zirə Astara” çempion elan olunub.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …