Cümə , Oktyabr 23 2020
Ana səhifə / İdman / Azərbaycanda çıxış etmiş idmançı həmcinsi ilə evləndi – Fotolar

Azərbaycanda çıxış etmiş idmançı həmcinsi ilə evləndi – Fotolar

Qadın voleybolçular arasında Azərbaycan çempionatının mükafatçısı Liza Tomsen vətəni Almaniyada diqqət mərkəzinə düşüb.

“Azərreyl” (2013/14) və “Lokomotiv”də (2014/15) çıxış etmiş, son klubu “Münster” olan Liza rəfiqəsi ilə evlənib. Bununla bağlı məlumatı Almaniya Voleybol Federasiyası açıqlayıb. Uzun illərdir birgə yaşayan xanımlar toy mərasimi keçirib və tədbirdə onların qonaqları da iştirak edib.

Almaniyada eynicinslilərin evliliyinə 2017-ci il iyunun 30-dan icazə verilib.  /Sport7.az

Azərbaycanda çıxış etmiş idmançı həmcinsi ilə evləndi  - Fotolar
Azərbaycanda çıxış etmiş idmançı həmcinsi ilə evləndi  - Fotolar

Həmçinin oxuyun

Zidanın “Real”dakı taleyini qarşıdakı 2 matç həll edəcək

“Real”ın baş məşqçisi Zinəddin Zidanın komandadakı vəziyyətini düzəltmək üçün şans olaraq iki matç var. “Report” …