Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / İdman / Azərbaycan yığmasının uduzduğu Lüksemburq haqda bilinməyənlər…

Azərbaycan yığmasının uduzduğu Lüksemburq haqda bilinməyənlər…

Bir neçə gün öncə futbol üzrə Azərbaycan yığması Millətlər Liqası çərçivəsində keçirilən oyunda Lüksemburqa 1:2 hesabı ilə uduzdu. Cəmiyyət, futbolsevərlər Azərbaycan millisinin məğlubiyyətlərinə adətkar olsalar da, bu dəfə hadisə ciddi müzakirələrə səbəb oldu. Bunun bir səbəbi millinin yeni məşqçisi Canni de Byazinin ilk oyununda məğlubiyyətin yaşanması idisə, digər səbəb məhz Lüksemburqa uduzulmasıydı.

Lüksemburq – ərazisinə görə Avropanın və dünyanın cırtdan dövlətlərindən biri olsa da, maliyyə-iqtisadi qüdrəti, həyat səviyyəsinə görə ən öndə gedən ölkələrdəndir. Qərbi Avropada – Almaniya, Belçika və Fransa ilə sərhəddə yerləşən ölkənin ərazisi cəmi 2586 kv.kilometrdir. Konstitusiyalı monarxiya quruluşuna malik ölkə Böyük Lüksemburq Hersoqluğu adlandırılır, elə hersoq tərəfindən də idarə olunur. Hazırkı dövlət rəhbəri Hersoq Anri 2000-ci ildən ölkəyə başçılıq edir.

Azərbaycandan 35 dəfədən çox kiçik əraziyə malik Lüksemburq bizdən fərqli olaraq heç bir təbii resursa malik deyil. Ölkə enerjiyə olan tələbatını bütünlüklə xaricdən idxal hesabına təmin edir – neft, qaz, daş kömür. Lakin buna baxmayaraq, Londondan sonra Avropanın ikinci maliyyə mərkəzi məhz Lüksemburqdur. Bu şəhər-dövlətdə 220-dək məşhur bankın ofisi yerləşir. Ölkənin məşğul əhalisinin 50 faizdən çoxu məhz maliyyə-bank sektorunda çalışır.

Ərazisi çox kiçik olsa da, kənd təsərrüfatı yüksək inkişaf edib və ölkə iqtisadiyyatının ikinci böyük sahəsidir. Əsasən heyvandarlıq, üzümçülük və şərabçılıqla məşhurdur.

Küçük ve zengin ülke Lüksemburg - Tatil Seyahat Haberleri

Cəmi 505 minə yaxın əhalisi olan Lüksemburqda 3 rəsmi dövlət dili var – alman, fransız və lüksemburq dilləri. Yazılmamış qanunlar əsasında fransız dili hökumət qurumlarında, alman dili işgüzar çevrələrdə və mətbuatda, lütseburgeş adlanan yerli dil isə məişətdə, evdə istifadə olunur. Bu dilə 1982-ci ildə milli dil statusu verilib. Təhsilin ilk pilləsində şagirdlərə lütseburgeş, orta məktəbdə alman, son pillədə isə fransız dili öyrədilir.

Lüksemburqun iqtisadiyyatı dünyanın ən yüksək etmiş iqtisadiyyatlarından biridir. Ölkədə uzun müddət iqtisadiyyatın aparıcı sektoru qismində qara metallurgiya, poladtökmə  sənayesi çıxış edib. Lakin ötən əsrin 60-cı illərindən etibarən bu sahə digər sahələrin inkişafı hesabına iqtisadiyyatdakı payını sürətlə itirməyə başlayıb. 1997-ci ildə ölkədə axırıncı domna sobası sökülüb, metallurgiya yalnız işlənmiş metalların elektrik sobalarında əridilməsi formasında qalıb. Amma əvəzində hökumətin yürütdüyü məqsədli siyasət nəticəsində maliyyə, ticarət və xidmət sektorlarında ciddi inkişafa nail olunub. Xüsusilə bankların fəaliyyəti üçün tətbiq edilən stimullaşdırıcı vergi siyasəti, offşorun yaradılması Lüksemburqun Avropanın ikinci, dünyanın ən qabaqcıl maliyyə mərkəzlərindən birinə çevrilməsinə gətirib çıxarıb. Müasir dövrdə ölkə dünyanın hər yerindən varlı adamları cəlb edən məkanlardan biri hesab olunur.

2019-cu ildə Lüksemburqda 71,1 milyard dollarlıq ümumi daxili məhsul istehsal olunub. Adambaşına düşən 111 min 62 dollarla ölkə dünyada ilk yerlərdə dayanır. Koronavirus pandemiyası ÜDM-in azalmasına səbəb olsa da, 6,6 faiz təşkil edən işsizlik səviyyəsi ilə Lüksemburq dünya üzrə bu sahədə ən yaxşı göstəricilərdən birinə malikdir. Ölkədə orta aylıq əmək haqqı 6300 dollardan yuxarıdır. Minimum əmək haqqı isə 2 535 dollar təşkil edir.

Gezmedik Yer Bırakma: GEZİMANYA LÜKSEMBURG REHBERİ - YouTube

Cırtdan Lüksemburq Avropanın siyasi həyatında kifayət qədər aktiv iştirak edir. Ölkə Birləşmiş Millətlər Təşkilatının, Benilüks, Avropa İttifaqı və Şengen razılaşmasının yaradıcılarındandır. Avropa Birliyinin bir sıra mühüm təsisatları – Avropa Parlamenti (Strasburqla birlikdə), Təftiş Komissiyası, Avropa İnvestisiya Bankı, Avropa Auditorlar Məhkəməsi Lüksemburqda yerləşir.

1985-ci ildə Lüksemburqun Şengen kəndində ümumavropa viza razılaşması imzalanıb və bu razılaşmanın nəticəsi olan viza indi də həmin kəndin adını daşıyır.

Futbola gəlincə, Lüksemburq yalnız bu sahədə Azərbaycanla təxminən eyni inkişaf səviyyəsinə malikdir. 1996-cı ildə Avropa Çempionatının seçmə oyunlarından sonra ölkənin futbol üzrə yığması 10 ilboyu dünya və Avropa çempionatlarının seçmə mərhələsində autsayderlikdən çıxa bilməyib. 2008-ci ildən isə komanda hər il dünya reytinqində 2-3 pillə irəliləməyi bacarıb.

Azərbaycan 1- Luksemburg 2 Qollar,Qısa icmal 05.09.2020 - YouTube

2014-cü ildə keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində Azərbaycan yığması ilə iki oyun keçirən Lüksemburq millisi hər ikisində bərabərlik əldə edib – 0:0, 1:1.

Azərbaycanla Lüksemburq arasında ticarət əlaqələrinin həcmi elə də böyük deyil. Bu ilin 6 ayında ölkələrin qarşılıqlı ticarəti 11 milyon 711,95 min dollar təşkil edib. Lüksemburq çox az ölkələrdəndir ki, Azərbaycanın onunla ticarətində idxal deyil, ixrac üstünlük təşkil edir. Belə ki, 6 ayda bu ölkəyə Azərbaycandan 9 milyon 956,84 min dollarlıq reaktiv mühərriklər üçün kerosin yanacağı satılıb. Oradan isə əsasən dəniz məhsulları, xüsusilə də qızılbalıq idxal edilib. Musavat.com

Həmçinin oxuyun

10 yaşlı Cahandar ikinci dəfə Avropa çempionu oldu

Şahmat üzrə 12 yaşadək oğlanlar arasında Avropa çempionatı keçirilib. Belə ki, 10 yaşlı azərbaycanlı Cahandar …