Ana səhifə / İdman / Azərbaycan Universiadada ilk qızıl medalını qazandı

Azərbaycan Universiadada ilk qızıl medalını qazandı

Azərbaycan İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında ilk qızıl medalını qazanıb.

Oxu.Az-ın xəbərinə görə, idman gimnastımız Marina Nekrasovanın çıxışı ən yüksək qiymətə layiq görülüb.

Beləliklə, Nekrasova Azərbaycana ilk qızıl medalı qazandırıb. Gümüş və bürünc medallara müvafiq olaraq rusiyalılar – Liliya Axaimova və Tatyana Nəbiyeva layiq görülüb.

Qeyd edək ki, daha əvvəl cüdoçumuz Hidayət Heydərov gümüş medal qazanıb.

Həmçinin oxuyun

Güləşçilərimiz ilk qarşılaşmalarını uğurla başa vurdular

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (AGOF) çərçivəsində keçirilən güləş …