Cümə , Avqust 23 2019
Ana səhifə / İdman / Azərbaycan–Ukrayna qarşılaşması baş tutmadı

Azərbaycan–Ukrayna qarşılaşması baş tutmadı

Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunları çərçivəsində bu gün keçirilməli olan Azərbaycan–Ukrayna qarşılaşması baş tutmayıb.

AFFA-dan verilən məlumata görə, buna səbəb Ukrayna millisinin Rusiyadakı turnirdə iştirakdan imtina etməsi olub.

Millimiz iyulun 21-də İspaniya, bir gün sonra isə Latviya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, qazanılacaq nəticələrdən asılı olmayaraq, hər 3 komanda növbəti mərhələdə də iştirak edəcək.

Həmçinin oxuyun

“Ailə üzvlərinin təhqir olunması yolverilməzdir” – “Neftçi” bəyanat yaydı

“Neftçi” PFK rəsmi “Facebook” ünvanında bəyanat yayıb.   Həmin bəyanatı təqdim edirik: “Bu mövsüm Avropa …