Ana səhifə / İdman / Azərbaycan triatlonçusu Avropa Kubokunda 8-ci oldu

Azərbaycan triatlonçusu Avropa Kubokunda 8-ci oldu

Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Melilla şəhərində keçirilən Avropa kuboku yarışlarında 8-cı olub.

Belə ki, idmançımız 69 triatlonçunun mübarizə apardığı yarışı 48 dəqiqə 01 saniyəlik nəticə ilə başa vurub.

Pevtsov 750 metrlik su məsafəsini 6 dəqiqə 20 saniyəyə qət edib. Ardınca 20 kilometrlik velodistansiyanı 25 dəqiqə 55 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi – 5 kilometrlik qaçış zolağını təmsilçimiz 15 dəqiqə 07 saniyə nəticə ilə tamamlayıb. Hazırda Pevtsov İspaniyada təlim-məşq toplanışını davam etdirir.

Həmçinin oxuyun

UEFA Avropa Liqasının qalibi bəlli olub

UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub. Turnirin final oyununda Şotlandiya “Reyncers”ini məğlub edən …