Bazar ertəsi , May 20 2024
Ana səhifə / İdman / Azərbaycan stolüstü tenisinin gənc əfsanəsi “İdman ustası” oldu-Video

Azərbaycan stolüstü tenisinin gənc əfsanəsi “İdman ustası” oldu-Video

Stolüstü tennis üzrə Azərbaycan millisinin üzvü Mərziyyə Nurmətova “İdman ustası” adına layiq görülüb.
Azinforum.az-ın məlumatına görə, Gənclər və idman nazirliyinin təşkil etdiyi tədbirdə Mərziyyə Nurmətovaya bu dərəcə gənclər və idman naziri Fərid Qayıbov tərəfindən şəxsən təqdim olunub.
Xanım idmançı Azərbaycan çempionu, eyni zamanda dəfələrlə beynəlxalq yarışların qalibi və mükafatçısıdır . Mərziyyə Nurmətova müstəqil Azərbaycanın stolüstü tennis tarixində Avropa birinciliyinin şəxsi yarışında göstərdiyi yüksək nəticələrə görə “İdman ustası “ adına layiq görülən ilk idmançıdır. Mərziyyə 05 – 08 aprel 2024 – ci il tarixində keçirilən kişi və qadınlar arasında Azərbaycan çempionatında öz rekordunu yeniləyərək, həm komanda, həm də şəxsi yarışlarda Azərbaycan çempionu olub. Mərziyə xanımı bu yüksək naliyyət münasibətilə ürəkdən təbrik edirik, ona gələcək idman karyerasında bundan da böyük zirvələri fəth etməyi arzulayırıq.

Həmçinin oxuyun

Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü

Tanınmış karateçi Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşüb. Karatenin “Qara brilliant”ı fərdi yarışlarda ən çox …