Bazar , Yanvar 17 2021
Ana səhifə / İdman / Azərbaycan şahmatçıları olimpiadanın ən yaxşıları arasında

Azərbaycan şahmatçıları olimpiadanın ən yaxşıları arasında

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrup mərhələsinin ən yaxşı oyunçularının adları açıqlanıb.
Qaynarinfo Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan qrossmeysterləri də var.
B qrupunda mübarizə aparan yığma üzvlərindən I lövhədə Şəhriyar Məmmədyarov 3,5, II lövhədə Rauf Məmmədov 6, III lövhədə isə Günay Məmmədzadə 5 xalla zirvədə yer alıb.
Məmmədov eyni zamanda qrup mərhələsinin rəmzi yığmasına da düşüb. O, 12 nəfərlik siyahıda yalnız polşalı Yan-Kşiştof Dudadan (7 xal) geri qalır.
Qeyd edək ki, Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.

Həmçinin oxuyun

Əsrin ən çox qol vuran futbolçuları açıqlandı – ADLAR

21-ci əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları …