Şənbə , Dekabr 5 2020
Ana səhifə / İdman / Azərbaycan şahmatçıları ABŞ-dan olan həmkarlarına uduzdu – Olimpiada

Azərbaycan şahmatçıları ABŞ-dan olan həmkarlarına uduzdu – Olimpiada

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında VIII turun görüşləri keçirilib.

Azərbaycanın kişilərdən ibarət yığma komandası ABŞ-la üz-üzə gəlib. Qarşılaşma millinin məğlubiyyəti ilə başa çatıb – 1,5:2,5. 

Yığma üzvlərindən yalnız Teymur Rəcəbov rəqibini məğlub edə bilib. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov uduzduğu halda, Arkadi Naydiçi rəqibi ilə xalları yarı bölüb.

Bu nəticədən sonra xallarının sayını 15-ə yüksəldən ABŞ kollektivi vahid lider olub. Azərbaycan millisi isə 13 xalla 3-cü yerdədir.

ABŞ – Azərbaycan – 2,5:1,5

Fabiano Karuana – Şəhriyar Məmmədyarov – 1:0

Uesli So – Teymur Rəcəbov – 0:1

Hikaru Nakamura – Arkadi Naydiç – 0,5:0,5

Samuel Şanklend – Rauf Məmmədov – 1:0

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla mübarizə aparıb/Report.

Həmçinin oxuyun

Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək

2020-ci il Yay Olimpiya oyunlarının koronavirus pandemiyası ilə əlaqədar bir il müddətinə təxirə salınması Yaponiyaya …