Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İdman / Azərbaycan Qran-prisi ləğv olundu

Azərbaycan Qran-prisi ləğv olundu

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ləğv olunub. 
Bu haqda “F1News” nəşri xəbər verir. Nəşrin verdiyi məlumata, bu qərar tezliklə rəsmən açıqlanacaq. Məsələ ilə əlaqədar bütün müvafiq əməkdaşlar məlumatlandırılıb. 
Azərbaycanla yanaşı, Sinqapurdakı şəhər trası mərhələsi, eləcə də Yaponiya Qran-prisi də ləğv ediləcək. Lakin Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki Qran-prilər reallaşacaq. 
“Formula 1” rəhbərliyi bu mövsüm ən azı 15 yarış təşkil etməyi düşünür. 
Qeyd edək ki, “Formula 1” üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvim açıqlanıb. Daha əvvəl “Formula 1” rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 – 7 iyunda keçirilməli idi. Report

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …