“Formula 1″in rəsmi saytı ötən onilliyin ən yaxşı 10 Qran-prisini müəyyənləşdirmək üçün azarkeşlər arasında səsvermə keçirib.
Səsvermə nəticəsində 2017-ci il Azərbaycan Qran-prisi 6-cı yeri tutub. Sözügedən yarışda “Red Bull” pilotu Daniel Rikkardo lider olub.
Səsvermədə birinci yerdə 2019-cu il Almaniya Qran-prisi qərarlaşıb. Yarışda “Red Bull” pilotu Maks Ferstappen qələbə qazanıb. “Kanada 2011″ son onilliyin ikinci, “Braziliya 2019” üçüncü ən yaxşı Qran-prisi yerinə sahiblənib.