Bazar , Noyabr 28 2021
Ana səhifə / İdman / Azərbaycan Premyer Liqasında ilk dövrənin son turu başlayır

Azərbaycan Premyer Liqasında ilk dövrənin son turu başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.
İlk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Birinci dövrənin son turu Bakıda start götürəcək. “ASCO Arena”dakı açılış matçında “Səbail” və “Keşlə” komandaları üz-üzə gələcəklər. Hazırda turnir cədvəlində qonşu pillələrdə qərarlaşan kollektivlərdən meydan sahibləri 6 xalla 6-cı, rəqibindən 2 xal az toplayan qonaqlar isə 7-cidir.
Komandalar indiyədək ölkə çempionatında 15 dəfə qarşılaşıblar. Bu görüşlərin 7-də Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv, 4-də Sənan Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanıb. 4 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də “dənizçilər”in üstünlüyü var – 17:13. “Keşlə” son 7 oyunda yalnız bir qələbə qazanıb. “Səbail”in son 3 ev matçı heç-heçə ilə nəticələnib.
Günün digər oyunu Qəbələdə yerli komanda ilə “Zirə” arasında olacaq. 6 turdan sonra hər iki kollektivin 11 xalı var. “Qırmızı-qaralar” 3-cü, “qartallar” isə 4-cü sırada qərarlaşıb.
İki komanda arasında bunadək baş tutmuş 23 çempionat oyununda əyalət təmsilçisi 7, paytaxt klubu 5 qələbə qazanıb. 11 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqi də meydan sahiblərinin xeyrinədir – 26-20. Son 4 görüşün üçündə heç-heçə qeydə alınıb. “Qəbələ” son 9 ev matçında rəqibinə uduzmayıb.
Azərbaycan Premyer LiqasıVII tur16 oktyabr
15:00. “Səbail” – “Keşlə”Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad ƏhmədovHakim-inspektor: Ramil DiniyevAFFA nümayəndəsi: Seymur Səlimli”ASCO Arena”.
17:00. “Qəbələ” – “Zirə”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar HəsənliHakim-inspektor: İmanxan SultaniAFFA nümayəndəsi: Erkin HüseynovQəbələ şəhər stadionu.
Qeyd edək ki, tura oktyabrın 17-də keçiriləcək “Sumqayıt” – “Neftçi” və “Sabah” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

Həmçinin oxuyun

UEFA “Qarabağ”la oyundakı insidentə görə “Omoniya”nı cərimələyib

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ”ın Konfrans Liqasındakı rəqiblərindən olan Kipr “Omoniya”sını cərimələyib. Avropa …