Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / İdman / Azərbaycan millisinin üzvü narkotik satırmış

Azərbaycan millisinin üzvü narkotik satırmış

Azərbaycan Ağır Atletika yığmasının üzvü Boyanka Kostova həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov “Max Telegraf” nəşrinə açıqlama verib.

Məlumata görə, Kostova narkotik satarkən tutulub. 9 ay azadlıqdan məhrum edilən idmançı cəzasını Sliven həbsxanasında çəkir.

“Kostova yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar”, – Kişkilov bildirib.

Qeyd edək ki, Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. Beynəlxalq Ağırlıqqaldırma federasiyası ötən il dopinqdən istifadə etdiyi üçün idmançını 8 il müddətinə diskvalifikasiya etmişdi.

Həmçinin oxuyun

“O taylı – bu taylı Azərbaycan” – DÇ-da Azərbaycan bayrağı asıldı

Qətərdə keçirilən dünya çempionatında stadionların birində Azərbaycan bayrağı asılıb. Belə ki, zz sonra ABŞ – …