Cümə , Aprel 12 2024
Ana səhifə / İdman / Azərbaycan millisinin üzvləri böyük məbləğdə mükafatdan məhrum oldular

Azərbaycan millisinin üzvləri böyük məbləğdə mükafatdan məhrum oldular

Azərbaycan milli komandasının bu gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd olunubmuş.

QOL.az-ın əldə etdiyi xəbərə görə, AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə milli komandanın futbolçuları və məşqçi heyətinə hər birinə 40 min manat mükafat veriləcəkmiş.

Lakin “FİFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən bu oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və milli üzvləri ən azı 40 min manat mükafatdan məhrum olublar.

Qeyd edək ki, bu, AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi dövründə Azərbaycan milli komandasının sonuncu oyunu olub. Aprelin 2-də AFFA prezidentliyinə seçkidə R.Abdullayev namizəd olmayacağını açıqlayıb.

Xatırladaq ki, bu ildən ilk dəfə təşkil olunan “FİFA series – Edition 2024” yarışı 4 ölkədə keçiriir. Onlardan biri də Azərbaycandır. Onu da əlavə edək ki, ötən dövr ərzində Azərbaycanda qadınlar arasında U-17 dünya çempionatı, 2019-cu ilin Avropa Liqasının finalı (“Çelsi” – “Arsenal”) və Avro-2020-ün final mərhələsinin 4 oyunu (1/4 final oyunu) Bakıda keçirilib.

Həmçinin oxuyun

İki boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib. Millimizin iki …