Şənbə , Avqust 13 2022
Ana səhifə / İdman / Azərbaycan millisinin oyunları azarkeşsiz keçirilə bilər

Azərbaycan millisinin oyunları azarkeşsiz keçirilə bilər

Niderlandda keçirilməsi planlaşdırılan futzal üzrə Avropa çempionatının oyunları azarkeşsiz baş tuta bilər.
Belə ki, fanatların yarış zamanı tribunalara buraxılmama ehtimalı böyükdür.
Qərar ölkədə koronavirusun omikron ştamının yayılma riskinin yüksək olması və karantin rejiminin tətbiqi ilə əlaqədardır. Qitə çempionatının təxirə salınması da istisna olunmur. Turnirlə bağlı yekun qərar yanvarın 10-dək bəlli olacaq.
Qeyd edək ki, Avropa çempionatına Azərbaycan millisi də qatılacaq. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar – 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək. Report

Həmçinin oxuyun

Messi 2005-ci ildən bəri ilk dəfə “Qızıl top”a namizədlər siyahısına girmədi

Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi 2005-ci ildən bəri ilk dəfə Fransanın “France Football” …