Cümə , Fevral 23 2024
Ana səhifə / İdman / Azərbaycan millisinin məşqçisi: “Çətin qrupa düşdük”

Azərbaycan millisinin məşqçisi: “Çətin qrupa düşdük”

“Düşünürəm ki, çətin qrupa düşdük”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətər Liqasındakı püşkatması barədə danışarkən deyib.

Mütəxəssis səbətlərin ən güclü komandaları ilə üz-üzə gələcəyimizi söyləyib:

“Həmin komandaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm”.

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək.

Həmçinin oxuyun

Avropa Liqası: “Qarabağ” 1/8 final mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” klubu fevralın 22-də UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb. Saat 21:45-də start …