Ana səhifə / İdman / Azərbaycan millisindən 11 medal

Azərbaycan millisindən 11 medal

Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turnirini 11 medalla başa vurub.

Yarışın ikinci günündə Rövşən Səfərov (90 kq) gümüş, Xanım Hüseynova (63 kq) bürünc medala sahib olub.

Azərbaycanın 2 qat paralimpiya çempionu İlham Zəkiyevin bürünc medal qarşılaşmasında gürcüstanlı Revaz Çikoidzeyə uduzub. Görüş zamanı Zəkiyevin burnu qanayıb. Bunun üçün qarşılaşmada fasilə yaranıb. Lakin Azərbaycan təmsilçisi görüşü davam etdirə bilib. Görüşün sonlarında o, yenə eyni halla üzləşib. Bu dəfə təcrübəli paracüdoçunun burnu sarınıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan idmançıları 9 medal qazanıblar. Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Vüqar Şirinli (60 kq) qızıl, Afaq Sultanova (57 kq), Bayram Mustafayev (66 kq), Hüseyn Rəhimli gümüş, Bəsti Səfərova (52 kq), Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) isə bürünc medal götürüb.

Həmçinin oxuyun

UEFA “Arsenal”a xəbərdarlıq etdi – “Əgər Bakıda aksiya keçirsələr…”

Avropa Futbol İttifaqı (UEFA) “Arsenal”a xəbərdarlıq edib ki, əgər tərəfdarları Bakıda Avropa Liqasının finalında UEFA-ya …