Çərşənbə , İyul 6 2022
Ana səhifə / İdman / Azərbaycan millisinə amerikalı basketbolçu qoşuldu – FOTO

Azərbaycan millisinə amerikalı basketbolçu qoşuldu – FOTO

Basketbolun 3×3 növü üzrə kişilərdən ibarət milli komandamız Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq toplanışını davam etdirir.

Oxu.Az xəbər verir ki, 4-5 iyun tarixlərində Kiprdə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan yığmamızın heyətinə legioner həyatı yaşayan basketbolçularımız da qoşulublar.

Bunlar Türkiyənin “Qaziantep” klubunun kapitanı Orxan Aydın və 2017-ci ildən millimizin üzvü olan, İspaniyanın “Mursiya” komandasının amerikalı üzvü Cordan Deyvisdir. Onu da qeyd edək ki, kişilərdən ibarət əsas komandamıza yeni təyin olunmuş baş məşqçi Aleksandar Trifunoviç də  toplanışı izləmək üçün Serbiyaya səfər edib.

Mütəxəssis burada millinin üzvləri ilə tanış olub. Aleksandar Trifunoviç basketbolçularla əsas milli komandanın qarşıdakı təlim-məşq toplanışları barəsində söhbət apararaq, onlara Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb.

Həmçinin oxuyun

“Qarabağ” Çempionlar Liqasına məğlubiyyətlə başladı – VİDEO

“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb. Belə ki, “köhlən atlar” I təsnifat mərhələsinin ilk oyununda …