Çərşənbə , Mart 27 2019
Ana səhifə / İdman / Azərbaycan millisinə 23 futbolçu çağırılacaq- Açıqlama

Azərbaycan millisinə 23 futbolçu çağırılacaq- Açıqlama

Azərbaycan milli komandasının Xorvatiya ilə 2020-ci il Avropa çempionatının seçmə oyunu və Litvaya qarşı keçirəcəyi yoldaşlıq görüşünə 23 futbolçu çağırılacaq.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə yığmanın baş məşqçisi Nikola Yurçeviç bildirib. Xorvatiyalı mütəxəssis dəvətlilərdən 3-nün qapıçı, 20-nin isə meydan oyunçusu olacaqlarını bildirib. 53 yaşlı mütəxəssis heyətdə bir neçə yeni oyunçunun olacağını istisna etməyib. Yurçeviç heyəti növbəti həftə ərzində – Azərbaycan Premyer Liqasının XXI turunadək açıqlayacağını da əlavə edib.

Qeyd edək ki, Azərbaycan yığması Xorvatiya ilə martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda, Litva ilə martın 25-də Bakıdakı “Bakcell Arena”da üz-üzə gələcək.

Həmçinin oxuyun

Məşhur boksçu canlı yayımda teleaparıcıya hücum çəkdi- FOTO

Las-vegasda keçirilən ənənəvi boks döyüşündən sonra qalmaqallı hadisə baş verib. Publika.az xəbər verir ki, bolqarıstanlı …