Cümə , Dekabr 1 2023
Ana səhifə / İdman / Azərbaycan millisi üçün həlledici gündür

Azərbaycan millisi üçün həlledici gündür

Bu gün Azərbaycanın futbol üzrə milli yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq. 

Milli komandamız Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olacaq.

Priştinadakı “Fadil Vokrri” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi millimiz hal-hazırda 9 xalla ikincidir. Rəqibimiz Kosova yığması isə 11 xalla birincidir.

Xatırladaq ki, millimiz qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AVRO-2020-yə vəsiqə qazana bilməyəcək. (Sputnik)

Həmçinin oxuyun

İki güləşçimiz dünya çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl …