Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İdman / Azərbaycan millisi Rusiya və İspaniyaya məğlub oldu

Azərbaycan millisi Rusiya və İspaniyaya məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa Liqası (Euro Beach Soccer League) turnirində iştirak edir.

Millimiz ilk oyununda Rusiya yığması ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında rəqib daha dəqiq oynayıb və 4:3 hesabı ilə qalib gəlib. Oyun zamanı millimizin qollarını Sabir Allahquliyev, Elşad Manafov və Amid Nazarov vurub.

Bu gün isə millimiz İspaniya yığması ilə qarşılaşıb. Futbolçularımız ikinci oyunda 0:6 hesabı ilə məğlub olublar.

Millimiz turnirdə son oyununu sabah Türkiyə yığmasına qarşı keçirəcək.

Həmçinin oxuyun

“Qalatasaray”dan Azərbaycana növbəti dəstək – FOTO

Türkiyənin “Qalatasaray” klubu Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara növbəti dəfə öz dəstəyini …