Çərşənbə , İyun 19 2019
Ana səhifə / İdman / Azərbaycan millisi qələbə qazanmaq üçün nə etməlidir? – SORĞU

Azərbaycan millisi qələbə qazanmaq üçün nə etməlidir? – SORĞU

Azərbaycan futbolundakı vəziyyət həm mütəxəssisləri, həm də azarkeşləri qane etmir.

Cəmiyyətdə futbola maraq çox olsa da, azarkeşlər əsasən xarici ölkə və klubların oyunlarını izləyirlər.

Lakin bu gün Azərbaycan yığması tarix yazmaq üçün gözəl şans əldə edib. Belə ki, ötən gün UEFA-nın yeni turniri Millətlər Liqası start götürüb. Hər divizionun qalibinə 2020-ci ildə dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanmaq imkanı verir.

Azərbaycan millisi də Qurban Qurbanovun rəhbərliyi altında ilk rəsmi oyununa bu gün bu turnirdə çıxacaq. Komandamızın Avropada reytinqi aşağı olduğundan, sonuncu – D divizionunda qərarlaşıb. Rəqiblər Kosovo, Malta və Farer adalarıdır.

Bəs görəsən Azərbaycan millisi qələbə qazanmaq üçün nə etməlidir?

Baku.TV-nin müxbiri bu sualla paytaxt sakinləri arasında sorğu keçirib:

Həmçinin oxuyun

Qurban Qurbanov: “Bizim üçün tanış olmayan rəqib olacaq”

“Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov …