Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / İdman / Azərbaycan millisi Fransaya da uduzdu

Azərbaycan millisi Fransaya da uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında növbəti oyununa çıxıb.

Belə ki, Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv A qrupu çərçivəsində Fransa yığması ilə qarşılaşıb. Oyun Azərbaycan voleybolçularının növbəti məğlubiyyəti ilə bitib.

Azərbaycan yığması Avropa çempionatında Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiyaya uduzub. Bütün oyunlar 0:3 hesabı ilə başa çatıb. Beləcə, komanda qitə birinciliyini qrup sonuncusu kimi bitirib.
Avropa çempionatı
25 avqust
A qrupu
Azərbaycan – Fransa 1:3 (19:25, 28:26, 11:25, 18:25)

Həmçinin oxuyun

AFFA-dan Aslan İsmayılova cavab gəldi

AFFA hüquqşünas Aslan İsmayılovun ittihamlarına cavab verib. Qurum rəsmi saytı vasitəsilə bəyanat yayıb. Bəyanatı nəzərinizə …