Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İdman / Azərbaycan idmançıları sanksiyaya məruz qalıb

Azərbaycan idmançıları sanksiyaya məruz qalıb

Azərbaycanın daha 7 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMAA) mətbuat xidmətindən məlumat verilib.

Dopinqə düşən taekvondoçular Cavid Hüseynov, Samir Məhərrəmov, Şəms İsayeva, Nərgiz Mirzəyeva, Ofeliya Allahverdiyeva və Yunis Məmmədzadədir. Hər bir idmançının cəzası eynidir.

Belə ki, onlar 12 ay müddətinə diskvalifikasiya olunublar. İdmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub.

Taekvandoçuların qanında furosemid maddəsi aşkarlanıb və cəza 19 mart 2018-ci ildən qüvvəyə minib.

Eyni zamanda, cüdoçu Kənan Quluzadə də bir illik cəzaya məruz qalıb. Onda meldonium aşkarlanıb.

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …