Şənbə , Fevral 24 2024
Ana səhifə / İdman / Azərbaycan idmançıları olimpiadadan kənarda qala bilər

Azərbaycan idmançıları olimpiadadan kənarda qala bilər

Azərbaycan 2018-ci il Qış Olimpiya Oyunlarından kənarda qala bilər.

Bu barədə “Report”a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Onun sözlərinə görə, indiyədək heç bir idmançı olimpiadaya lisenziya qazanmayıb: “Çox istədik, çox çalışdıq ki, heç olmasa, bir-iki idmançımız qatılsın. Hələlik bir nəfər də lizenziya qazanan idmançımız yoxdur. Qış idman növlərində, həqiqətən də, böyük problemlər yaşayırıq”.

Nazirin fikrincə, iki Dağ-Xizək Kompleksi olan ölkədə heç olmasa, bir dağ xizəkçisi yetişdirilməlidir: “Bunun üzərində düşünür və çalışırıq ki, nə isə edək”.

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn ilin 9 – 25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. Hazırda Qusarda “Şahdağ” Qış-Yay Turizm, Qəbələdə “Tufan” Dağ-Xizək Qış-Yay İstirahət Mərkəzi fəaliyyət göstərir.

Həmçinin oxuyun

Məşqçisi erməni olan azərbaycanlı çempion – FOTOLAR  

17-18 fevral tarixlərində İspaniyanın Fuenqirola şəhərində Avropa Kadet Kuboku keçirilib. Turnirdə 23 ölkədən 484 cüdoçu …