Ana səhifə / İdman / Azərbaycan güləşçisi Mariya Stadnik Avropa çempionu olub

Azərbaycan güləşçisi Mariya Stadnik Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan güləşçi həlledici görüşdə rumıniyalı Emilia Vucu məğlub edib.

O, rəqibini 10:0 hesabı ilə üstələyib. Stadnik bu nəticədən sonra 7-ci dəfə Avropa çempionu olub. Qeyd edək ki, bu gün həmçinin Səbirə Əliyeva (76 kq) və Tatiana Omelçenko (59 kq) bürünc medal görüşünə çıxacaq.

Həmçinin oxuyun

UEFA “Arsenal”a xəbərdarlıq etdi – “Əgər Bakıda aksiya keçirsələr…”

Avropa Futbol İttifaqı (UEFA) “Arsenal”a xəbərdarlıq edib ki, əgər tərəfdarları Bakıda Avropa Liqasının finalında UEFA-ya …